Türkiyənin Türksat-5B peyki 'CABSAT 2022-də iştirak edib

Türkiyənin Türksat-5B peyki 'CABSAT 2022-də iştirak edib

Bakı. TurkicWorld:

Türkiyənin Türksat A.Ş. şirkətinə məxsus Türsat-5B peyki Dubayda keçirilən Yaxın Şərqin ən böyük yayım sərgisi olan 'CABSAT 2022’-də iştirak edib. TurkicWorld-un məlumatına görə, mayın 19-na kimi davam edən sərgidə Yaxın Şərq və Afrikanın 120 ölkəsindən 300-ə yaxın şirkətin 10 mindən çox nümayəndəsi iştirak edir.

Qeyd edək ki, sərgi zamanı Türksatın yerli və milli peyk rabitəsi sahəsində həyata keçirdiyi fəaliyyətlərin tanıtımı da edilib.

Türksat, CABSAT 2022 sərgisində bir çox yeni ölkələrdən yayımçılar və məlumat xidməti təminatçıları ilə yeni iş müqavilələri bağlamağı planlaşdırır. Şirkət, CABSAT 2022-də edəcəyi razılaşmalarla Türkiyənin Yaxın Şərqə ixrac payını artırmağda hədəfləyir.