Son dəqiqə

ADY

ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb

Bakı. TurkicWorld:

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin İran ərazisində yerləşən Astara Terminalında 2026-cı ilin yanvar–avqust aylarında yük aşırılması ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 30 faiz artıb.

Bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumat yayıb.

Bildirilib ki, hesabat dövründə terminalda 537 min tondan çox yük aşırılıb. Ötən ilin müvafiq dövründə bu göstərici 415 min ton olub.

Bu ilin avqust ayında isə terminalda 76 min ton yük aşırılıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə təqribən 50 faiz çoxdur.

2025-ci ilin avqustunda terminalda 51 min ton yük aşırılıb.

Mövzuya görə xəbərlər