Son dəqiqə

Elçin Quliyev

Elçin Quliyev Hacı Əliyevə yüksək hərbi rütbə verdi

Bakı.TurkicWorld:

Kariyerası ərzində bir çox uğurlara imza atan, güləş üzrə 4 qat Avropa və 3 qat dünya çempionu Hacı Əliyevə mayor rütbəsi verilib.

TurkicWorld xəbər verir ki, bu barədə idmançının özü "İnstagram" hesabında paylaşım edib.

"Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən mayor rütbəsinə layiq görülmək mənim üçün böyük şərəf və məsuliyyətdir.

Göstərilən etimada görə təşəkkür edir, Vətənə xidmət yolunda daha böyük əzmlə çalışacağımı bildirirəm. Azərbaycan Respublikasına xidmət edirəm",-deyə paylaşımda qeyd edilib.

Mövzuya görə xəbərlər