Son dəqiqə

Bakı Dəmiryol Vağzalı

Azərbaycanda dəmiryol vağzalları ilə bağlı yeni qaydalar təsdiqləndi

Bakı, TurkicWorld

Azərbaycanda dəmiryol vağzallarının layihələndirmə normaları məlum olub.

TurkicWorld-in məlumatına görə, yeni normalarda vağzallardakı sanitar qovşaqlara dair tələblər də yer alıb.

Belə ki, tualetlər bilavasitə vestibülə, əməliyyat, paylayıcı, kassa, gözləmə, birləşmiş sərnişin zallarına birbaşa çıxışı olmadan kişi və qadınlar üçün ayrı-ayrı layihələndirilməlidir.

Qadın tualetlərində sanitar cihazlarının (unitazların) sayı kişi tualetlərindəki sanitar cihazlarının (unitazların və pisuarların) sayından az olmamalıdır.

Böyük vağzallarda qadın tualetlərinin tərkibində birdən az olmamaqla qadınların şəxsi gigiyenası üçün otaqlar nəzərdə tutulmalıdır.

Bilet kassalarının işi ilə bağlı olan xidməti, eləcə də məişət otaqları (kassirlərin istirahət, duş, tualet otaqları və baş kassirin otağı) bilet kassaları ilə eyni blokda yerləşdirilməlidir. Bilet kassalarının sayı 6-ya (daxil olmaqla) qədər olan kiçik və orta vağzallarda istirahət yerlərinin, yemək və üst geyimləri üçün qarderobların sahəsi 12 kvadratmetrdən az olmayan yardımçı otaqda bir yerdə olmasına yol verilir. Qadınların gigiyenası üçün nəzərdə tutulmuş ayrıca otaq əvəzinə sanitariya qovşağında gigiyenik duş təchiz edilməlidir.

Mövzuya görə xəbərlər