Son dəqiqə

Daxili İşlər Nazirliyi

Sel suları Ağsuda avtomobil yolunu yarasız hala salıb

Bakı. TurkicWorld:

Yağışlı hava ilə əlaqədar Ağsuçaydan keçən sel suları rayonunun Arat-Curuxlu-Maşadqanlı kənd avtomobil yolunun bir hissəsini yararsız hala salıb.

TurkicWorld Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupuna istinadən xəbər verir ki, hazırda Maşadqanlı kəndi ilə rayon mərkəzinin nəqliyyat əlaqəsində müəyyən məhdudiyyət yaranıb.

Əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Yolun açılması istiqamətində işlər görülür.

Mövzuya görə xəbərlər