BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-yə səfər çərçivəsində “Brookfield” şirkətinin icraçı direktoru Bruce Flatt ilə görüş keçirib.
TurkicWorld xəbər verir ki, görüş zamanı data mərkəzləri, süni intellekt, nəqliyyat infrastrukturunun modernləşdirilməsi sahəsində birgə investisiya imkanları barədə fikir mübadiləsi aparılıb.







