Son dəqiqə

Milli Məclis Əmək müqaviləsi

Azərbaycanda çalışma müddətinin uzadılması işçilərin müqaviləyə xitam verilməsinin qarşısını alacaq

BAKI,TurkicWorld

Çalışma müddətinin uzadıldığı hallarda işçinin əmək müqaviləsinə Əmək Məcəllənin 70-ci maddəsinin "e" bəndinə əsasən xitam verilməsinə yol verilməyəcək.

TurkicWorld-in məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, çalışma müddətinin uzadılması işəgötürənin əmri (qərarı, sərəncamı) ilə rəsmiləşdirilcək. Bu halda, işçinin əmək müqaviləsinə Əmək Məcəllənin 70-ci maddəsinin "e" bəndinə əsasən xitam verilməsinə və uzadılan müddətə müddətli əmək müqaviləsinin bağlanılmasına yol verilməyəcək.

Mövzuya görə xəbərlər