BAKI, TurkicWorld
Biz deyirik ki, bəlli bir kateqoriya insanların hamısı, yəni uşaqlar, pensiyaçılar, əlilliyi olan insanlar, əmək qabiliyyətsiz şəxslər, işsizlər dövlət tərəfindən sığorta olunacaq. Nəyəsə görə, bu, tam əks formada başa düşülür ki, işsizlər sığortalanmayacaq. Əksinə, ilk dəfə olaraq qanunvericilikdə birbaşa göstərilir ki, işsizlər də dövlət tərəfindən sığorta olunacaq.
TurkicWorld xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, dövlət büdcəsində bu məqsəd üçün 900 milyon manat vəsait qoyulub:
"Bu, təqribən 3–7,5 milyon insanımızın sığorta haqqıdır. Əlavə olaraq, təqribən 2 milyon insanımız muzdlu əmək qabiliyyəti ilə çalışır. Onların da sığortası, əmək qabiliyyətli şəxslərin uyğun olaraq, işçi və işəgötürən tərəfindən qarşılanır. Fərdi sahibkarlarımızın da sığortası onlar tərəfindən qarşılanır".





