Son dəqiqə

Dövlət Məşğulluq Agentliyi sığorta işsizlik İşsizlik səviyyəsi

Azərbaycanda işsiz qadınların sayı daha çoxdur

BAKI,TurkicWorld

2025-ci il oktyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 236,4 min nəfər olub.

TurkicWorld xəbər verir ki, bu barədə məlumat 2025-ci ilin yanvar-sentyabr ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.

Bildirilib ki, onların 50,9 faizini qadınlar təşkil edib:

"İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 472,2 manat olub".

Mövzuya görə xəbərlər