Son dəqiqə

ANAMA minatəmizləmə mina mina terroru mina təhlükəsi mina partlayışı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi

Ötən həftə tank əleyhinə 100 mina aşkarlanıb - ANAMA

BAKI, TurkicWorld

Azad olunan ərazilərdə oktyabrın 6-dan 12-nə qədər 100 tank əleyhinə mina, 77 piyada əleyhinə mina, 1584 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Bildirilib ki, 1497, 5 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

Mövzuya görə xəbərlər