Son dəqiqə

Əsir və itkin düşmüş girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Əli Nağıyev

“İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilir

BAKI, TurkicWorld

Bu gün Bakıda İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda beynəlxalq konfrans keçirilir.

TurkicWorld xəbər verir ki, tədbirdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının sədri, DTX rəisi general polkovnik Əli Nağıyev iştirak edir.

TədbirdəTürkiyə, Gürcüstan, Xorvatiya, Moldova, Bosniya və Hersoqovina və digər ölkələrdən nümayəndə heyətləri iştirak edir.

Xəbər yenilənəcək

Mövzuya görə xəbərlər