Son dəqiqə

ANAMA minatəmizləmə mina mina terroru mina təhlükəsi mina partlayışı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi

Azad edilmiş ərazilərdə daha 109 mina aşkarlanıb

BAKI, TurkicWorld

Azad olunan ərazilərdə 15-21 sentyabr tarixlərdində 14 tank əleyhinə mina, 95 piyada əleyhinə mina, 1286 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında qeyd edilib.

Məlumata əsasən, 1130,6 hektar ərazi minalardan təmizlənib.

Xatırladaq ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

Mövzuya görə xəbərlər