Son dəqiqə

MÜSİAD

Türkiyə və Azərbaycan İş Adamları MÜSİAD Görüşündə Əməkdaşlıq Perspektivlərini Müzakirə Edib

Bakı, TurkicWorld

Rabitə Texnologiyaları Ticarət Nümayəndəliyinin Koordinatoru Durali Çiçekin rəhbərliyi altında gələn nümayəndə heyəti, MÜSİAD Azərbaycan dərnək mərkəzini ziyarət edib.

Bu barədə TurkicWorld -ə MÜSİAD-dan məlumat verilib.

Görüş zamanı MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli dərnəyin fəaliyyəti, əsas strateji hədəfləri və həyata keçirdiyi layihələr barədə geniş məlumat verib.

Rəşad Cabirli Azərbaycanın geniş logistika imkanlarından bəhs edərək, ölkənin yalnız 10 milyonluq bir bazar kimi deyil, eyni zamanda 250 milyona yaxın əhalisi olan böyük bir coğrafiyaya gömrüksüz çıxış üçün strateji bir qapı kimi dəyərləndirilməsinin vacibliyini vurğulayıb. Bununla yanaşı, o, Azərbaycanda müxtəlif sektorlara verilən dövlət dəstəkləri və təşviqlər, Qarabağda həyata keçirilən iri miqyaslı layihələr, ölkədə iş qurmağın üstünlükləri və dövlətin sahibkarlığa yönəlmiş dəstək siyasəti barədə də ətraflı məlumat verib.

Eyni zamanda, Azərbaycanın Türkiyədə və xüsusilə türk iş adamları arasında tanıdılması məqsədilə nəşr edilmiş “Azərbaycana Gəlmək Üçün 101 Səbəb” adlı kitab təqdim edilib.

HTK Küme Koordinatörü Durali Çiçək isə qonaqpərvərliyə və faydalı məlumatlara görə təşəkkürünü bildirərək, MÜSİAD kimi köklü qeyri- hökümət təşkilatının Türkiyəli və Azərbaycanlı iş adamları arasındakı əməkdaşlığı gücləndirməkdə mühüm rol oynadığını vurğulayıb. O, Azərbaycanın geniş investisiya imkanları sayəsində Türkiyəli iş adamları üçün prioritet hədəfə çevriləcəyinə əminliyini ifadə edib.

Mövzuya görə xəbərlər