Bakı, TurkicWorld
Bu gündən Azərbaycan və Mərakeş arasında vizadan azad edilmə haqqında saziş rəsmi olaraq qüvvəyə minir.
TurkicWorld xəbər verir ki, Azərbaycan vətəndaşları pasportlarının ölkəyə giriş tarixindən ən azı 180 gün müddətində etibarlı olması şərtilə Mərakeşə 90 günə qədər qalma müddəti ilə vizasız gedə biləcəklər.
Eynilə də, Mərakeş vətəndaşları Azərbaycana səfər etdikləri zaman vizasız imtiyazlardan yararlana biləcəklər.
Qeyd edək ki, bu il mayın 4-də iki ölkə arasında "Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş" imzalanıb. İyulun 15-də bu saziş təsdiqləyib.