Son dəqiqə

Qazaxıstan

Qazaxıstanın "FlyArystan" aviaşirkəti Bakıya reyslərin sayını artırıb

Astana, TurkicWorld

Qazaxıstanın "FlyArystan" loukosteri Aktaudan Bakıya reyslərin sayını artırıb.

TurkicWorld bu barədə aviaşirkətə istinadən xəbər verir.

Belə ki, iyul ayında aviaşirkət Azərbaycanın paytaxtına reyslərin sayını həftədə 3 dəfəyədək artırıb.

Çərşənbə günü və bazar günü reyslərlə yanaşı, 16 iyul - 30 avqust tarixləri ərzində cümə günləri əlavə Aktau-Bakı yay reysi həyata keçiriləcək.

Aviaşirkət, həmçinin, bu yaxınlarda Bakıdan Astanaya reysləri bərpa edib. İyun ayından etibarən reyslər həftədə 2 dəfə olmaqla, bazar ertəsi və cümə axşamı həyata keçirilir.

Xatırladaq ki, bu ay loukoster, həmçinin, Aktaudan İstanbula uçuşların sayını artırıb. Həftədə iki dəfə cümə axşamı və şənbə günləri həyata keçirilən əsas reyslərlə yanaşı, "FlyArystan" bu şəhərlər arasında uçuşların tezliyini həftədə dörd dəfəyədək artırıb.

İyulun 2-dən başlayaraq, İstanbula uçuşlar çərşənbə axşamı, cümə axşamı və şənbə günləri həyata keçirilir, iyulun 24-dən isə çərşənbə axşamı, çərşənbə, cümə axşamı və şənbə günləri yerinə yetiriləcək.

Mövzuya görə xəbərlər