Son dəqiqə

Azərbaycan Türkmənistan

Azərbaycanın Türkmənistandakı səfiri Balkan vilayətinə səfər edib

Bakı. TurkicWorld:

Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov 13-14 may 2024-cü ildə Türkmənistanın Balkan vilayətinə səfər edib.

TurkicWorld xəbər verir ki, səfər çərçivəsində Q.Gözəlov Balkan Vilayətinin Hakimi, Türkmənbaşı Şəhərinin hakimi, Türkmən Dənizdəryayolları Agentliyinin sədri, Türkmənbaşı Beynəlxalq Dəniz Limanın rəhbəri və "Balkan" gəmiqayırma zavodunun direktoru ilə görüşmüş, limana və gəmiqayırma zavoduna baş çəkib.

Görüşlərdə ikitərəfli əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivlər barədə müzakirələr aparılıb. Görüşlərdə Türkmənbaşı limanının iki ölkə arasındakı dəniz nəqliyyatında oynadığı rol ilə yanaşı, həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafındakı əhəmiyyəti də qeyd edilib.

Həmçinin, səfər zamanı Q.Gözəlov Balkan vilayətində yaşayan Azərbaycan vətəndaşları və soydaşlarımız ilə görüşüb. Görüşdə səfir Azərbaycan dövlətinin xaricdə yaşayan vətəndaşlarımıza verdiyi əhəmiyyət və qayğı barədə danışıb, həmvətənlərimizin təklif və ricalarını dinləyib, qarşılıqlı fikir mübadiləsi aparıb.

Mövzuya görə xəbərlər