Bakı, TurkicWorld
Türkmənistanın Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzv olmasını istəyirik.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Aşqabaddakı səfiri Ahmet Demirok deyib.
"TDT türk dövlətləri arasında qarşılıqlı əlaqəni və əməkdaşlığı artırmaq məqsədi daşıyan bir ailə şurasıdır. Türkmənistanın TDT və Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) tamhüquqlu üzv kimi qoşulmasını arzu edirik.” – deyə o qeyd edib.
Demirok bildirib ki, Türkmənistan türk dünyası ailəsinin çox önəmli bir üzvüdür.
“Türkmənistanın yaxın gələcəkdə TDT-yə tamhüquqlu üzv olması ilə türk dünyasında əməkdaşlığın daha da güclənəcəyinə tam inanırıq.” – deyə o qeyd edib.
Hafiz Rufizoğlu