Azərbaycan Xarici İşlər Nazirliyi Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatı (TDT)

TDT-nin beynəlxalq çəkisi üzvlərinin gücündən asılıdır - XİN rəhbəri

BAKI,TurkicWorld

Hər bir təşkilata olan maraq olan üzvlərinin beynəlxalq çəkisinindən asılıdır.

TurkicWorld xəbər verir ki, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan indi 10-15 il əvvəlki Azərbaycan deyil. Öz ərazi bütövlüyü və suverenliyini bərpa edən, qlobal proseslərə təsiri olan bir ölkədir.

"Mərkəzi Asiya ölkələrindən biri xaric, digərləri TDT üzvüdür. TDT ilə əməkdaşlıq etməkdə maraqlı olan ölkələrin də sayı artıb.

Bəzi güc mərkəzləri belə bir əməkdaşlıq və inkişafa qıcıqla yanaşırlar. Bunun əsası yoxdur. tdt-nin siyasəti ondan ibarətdir ki, bu müsbət dinamika saxlanılmalıdır. Çox böyük potensialı olan əməkdaşlıq inkişaf etdirilməlidir".

Nazir qeyd edib ki, son illər və 2025 ci il TDT konteksində əməkdaşlıq daha da genişləndi və bu təşkilata olan maraq son illərdə əhəmiyyətli şəkildə artıb.

"Bunu açıq şəkildə maşahidə edirik. Təşkilat 2009-cu ildə Naxçıvan sazişi ilə yaradılıb. Təşkilata olan maraq onun üzvlərinin beynəlxalq çəkisindən asılıdır. TDT-nin aparıcı dövləti Türkiyədir. Azərbaycan 10-15 il il öncəki ölkə deyil. Son Qəbələ bəyannaməsində TDT plus formatının yaradılması da qərar qəbul olundu", - o əlavə edib.

Mövzuya görə xəbərlər