Son dəqiqə

bədii gimnastika

"Ocaq" Beynəlxalq Kuboku çox yaxşı təşkil olunub - azərbaycanlı gimnast

Bakı. TurkicWorld:

Bakıda bədii gimnastika üzrə “Ocaq” Beynəlxalq Kubokunun yarışları çox yaxşı təşkil olunub.

Bunu TurkicWorld-a 2013-cü il təvəllüdlü gimnastlar arasında halqa ilə hərəkətdə yarışın gümüş mükafatçısı (C qrupu), azərbaycanlı gimnast Fatimə Əliyeva deyib.

"Yarış proqramı yaxşı təşkil olunub. Yarış başlamazdan əvvəl bütün iştirakçıların məşq etmək imkanı var", - gənc idmançı qeyd edib.

Nəticələrindən danışan gimnast turnirdəki çıxışından razı qaldığını vurğulayıb.

"İkinci yeri tutdum, hesab edirəm ki, nəticə çox yaxşıdır. Növbəti turnirlərdə qızıl mükafat qazanmaq üçün çox məşq etməyə davam edəcəyəm", - deyə o bildirib.

Qeyd edək ki, bədii gimnastika üzrə 2-ci "Ocaq" Beynəlxalq Kuboku 10-12 noyabr tarixlərində keçirilir. Yarışlarda fərdi proqramda çıxış edən 325 gimnast və qrup hərəkətlərində 21 komanda iştirak edir. Bütünlükdə 2-ci "Ocaq" Beynəlxalq Kubokunda dünyanın 14 ölkəsindən müxtəlif yaş kateqoriyalarında çıxış edən idmançılar iştirak edir.

Mövzuya görə xəbərlər