Bakı. TurkicWorld:
Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev millinin Monpelyedə keçirilən Avropa çempionatında çıxışını dəyərləndirib.
İdman.biz xəbər verir ki, qurum rəhbəri bununla bağlı sosial şəbəkə səhifəsində paylaşım edib.
Nəbiyev 2 medal qazanan cüdoçulara uğurlu çıxış münasibətilə təbriklərini çatdırıb: “Fransanın Monpeyle şəhərində 46 ölkənin iştirakı ilə keçirilən Avropa çempionatında cüdoçularımız Hidayət Heydərov və Zelim Kotsoyev yüksək ustalıq nümayiş etdirərək qitə çempionu olublar. Milli yığmamız çempionatı ümumi sıralamada 2-ci, kişilər arasında isə bütün ölkələri qabaqlayaraq 1-ci yerdə tamamlayıb. Qalib idmançıları təbrik edir, komandamıza davamlı uğurlar arzulayıram”.
İdman.biz