Bakı. TurkicWorld:
"İdman hamı üçün" layihəsi çərçivəsində oktyabrın 21-də zorxana milli idman növü üzrə təlim təşkil edilib.
İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən təlim “Dədə Qorqud" parkı ərazisində baş tutub.
Tədbirdə bütün yaş qruplarından olan sakinlər proqrama qoşularaq mütəxəssislərin rəhbərliyi altında zorxana milli idman növünün qaydalarını öyrəniblər.