Son dəqiqə

Azərbaycan Beynəlxalq Astronavtika Konqresi İlon Mask

İlon Mask bu gün Bakıdakı tədbirdə onlayn çıxış edəcək

Bakı. TurkicWorld:

"SpaceX" şirkətinin təsisçisi İlon Mask bu gün Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində onlayn şəkildə çıxış edəcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən TurkicWorld-ə bildiriblər ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirə İlon Mask virtual olaraq Bakı vaxtı ilə saat 17:45-də qoşulacaq.

Çıxış Beynəlxalq Astronavtika Federasiyanın veb-saytında, YouTube kanalında, eyni zamanda, 74-cü Beynəlxalq Astronavtika Konqresinin "X" platformasındakı rəsmi səhifəsində canlı olaraq yayımlanacaq.

Mövzuya görə xəbərlər