Son dəqiqə

koronavirus

Koronavirusun yeni ştamı bir neçə qitəyə yayıldı: Azərbaycanda vəziyyət necədir?

Bakı,TurkicWorld

Ölkə üzrə respirator virus infeksiyaları, o cümlədən COVID-19 infeksiyası ilə bağlı epidemioloji vəziyyət mütəmadi nəzarətdə saxlanılır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib.

Qeyd edilib ki, SARS-CoV-2 virusu digər mövsümi respirator viruslarla yanaşı ümumi epidemioloji müşahidə çərçivəsində izlənilir və bu istiqamətdə monitorinq tədbirləri davam etdirilir.

"Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri və beynəlxalq təcrübə nəzərə alınmaqla, əhalinin sağlamlığının qorunması məqsədilə müvafiq nəzarət və profilaktik tədbirlər icra olunur" - deyə əlavə edilib.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yeni "PJ.2.1" ştamının qlobal miqyasda yayılması riskinin artdığını bəyan edib.

Məlumata görə, 2026-cı ilin mayında Kanadanın Ontario əyalətində ilk dəfə aşkarlanan bu ştam artıq Kanada, ABŞ və Avropa da daxil olmaqla, bir neçə ölkəyə və qitəyə yayılıb. Bildirilir ki, insanların ölkələrarası hərəkətinin davam etməsi fonunda virusun Rusiya da daxil olmaqla, yeni ölkələrə yayılması təhlükəsi daha da artır.

Mövzuya görə xəbərlər