Fransa koronavirus

Fransada koronavirusun yeni variantı - Eris sürətlə yayılmağa başlayıb

Bakı. TurkicWorld:

Fransada koronavirusun omikron ştamının yeni variantı - Eris (EG.5.1) sürətlə yayılmağa başlayıb.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, yoluxma halları daha çox istirahət məkanlarında baş verib.

Məlumatda 15-74 yaşlı insanlar arasında yoluxma hallarının ötən həftəyə nisbətən 25 faiz, 74 yaşdan yuxarı insanlarda 34 faiz, 2 yaşdan aşağı körpələrdə isə 56 faiz artdığı vurğulanıb.

Alimlər açıqlamalarında yeni ştamın yayılma risk faizinin az olduğunu qeyd ediblər.

Mövzuya görə xəbərlər