Son dəqiqə

Azərbaycan Beynəlxalq Astronavtika Konqresi

74-cü Beynəlxalq Astronavtika Konqresi dünya ictimaiyyətinin diqqətindədir

Bakı. TurkicWorld:

Azərbaycanın ev sahibliyi etdiyi 74-cü Beynəlxalq Astronavtika Konqresi dünya ictimaiyyətinin diqqətindədir.

TurkicWorld xəbər verir ki, ABŞ-nin sosial şəbəkə monitorinqi və təhlili üzrə aparıcı proqramı "Talkwaker"in hesablamasına əsasən, tədbir #IAC2023 həştəqi ilə sosial media platformalarında trendə çevrilib.

Konqres həmçinin sosial şəbəkədə "top tədbirlər" siyahısına liderlik edir.

Xatırladaq ki, oktyabrın 2-də Azərbaycanda 74-cü Beynəlxalq Astronavtika Konqresi başlayıb. Bu nüfuzlu tədbirə Bakı ilk dəfə Ulu Öndər Heydər Əliyevin ölkəyə birinci rəhbərliyi dövründə – 1973-cü ildə ev sahibliyi edib. 50 ildən sonra konqres yenidən Azərbaycanda keçirilir.

136 ölkədən 5300-dən artıq nümayəndənin iştirak etdiyi beynəlxalq tədbir oktyabrın 6-dək davam edəcək.

Mövzuya görə xəbərlər