Son dəqiqə

Beynəlxalq Astronavtika Konqresi

İlon Mask Beynəlxalq Astronavtika Konqresində çıxış edəcək

Bakı. TurkicWorld:

2010-cu ildən etibarən kosmosun kəşf olunmasında yeni bir era başlayıb. Artıq yeni rəqəmsal texnologiyalardan istifadə olunaraq kosmos tədqiq olunur. Bu il 61 peyk kosmosa göndərilib. Bu peyklər sahəsində bütün dünyada internetin təmin olunması həyata keçirilir.

TurkicWorld-in məlumatına görə, bunu Beynəlxalq Astronovtika Fedarasiyasının keçmiş prezidenti Jean-Yves Le Qall "Nazirlər və parlament üzvləri üçün 13-cü Beynəlxalq IAF (Beynəlxalq Astronavtika Konqresi) iclasında" deyib.

O bildirib ki, "SpaceX" şirkətinin təsisçisi Elon Maskın bizim iclasımıza onlayn şəkildə qoşularaq ilk sessiyamızda prezentasiya keçəcəkdir.

Qeyd edək ki, 2-6 oktyabr 2023-cü ildə Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi keçiriləcək.

Mövzuya görə xəbərlər