Beynəlxalq Astronavtika Konqresi 2026 Antalyada keçiriləcək

Beynəlxalq Astronavtika Konqresi 2026 Antalyada keçiriləcək

Bakı. TurkicWorld:

Beynəlxalq Astronavtika Konqresi (IAC) 2026 Antalyada keçiriləcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır X (Twitter) sosial media hesabında açıqlama verib.

"70-dən çox ölkədən 10 mindən çox iştirakçının iştirak etdiyi bu konqres Türkiyədə indiyə qədər təşkil edilən ən böyük beynəlxalq elmi tədbir olacaq" - deyə o vurğulayıb.

Qeyd edək ki, Beynəlxalq Astronavtika Konqresi hər il Beynəlxalq Astronavtika Federasiyası, Beynəlxalq Astronavtika Akademiyasının və Beynəlxalq Kosmik Hüquq İnstitutunun (IISL) dəstəyi ilə federasiya üzvlərindən birinin ev sahibliyi etdiyi konqresdir. Tədbir bütün kosmik sektorları və mövzuları əhatə edərək, hər kəsə ən son kosmik məlumat və inkişafları, şəbəkə imkanları, əlaqələr və potensial tərəfdaşlıq təklif edir.

Ləman Əsədli
Twitter: Lamanasadli01