Son dəqiqə

Türkiyə Rusiya Beynəlxalq Astronavtika Konqresi

Rusiya kosmosun tədqiqi sahəsində Türkiyə ilə əməkdaşlıq etmək istəyir

Bakı. TurkicWorld:

Rusiya kosmosun tədqiqi sahəsində Türkiyə ilə əməkdaşlıq etmək istəyir.

TurkicWorld-un məlumatına görə, Rusiya Kosmik Agentliyi - Roskosmos, Braziliya, Türkiyə və Cənubi Afrika kosmos agentliklərinə Rusiyanın ROS kosmik stansiyasının hazırlanmasında iştirak etmək təklifi edib.

Rusiyadan gələn bu təklif Rusiyanın kosmik tədqiqatlar sahəsində əməkdaşlıq etmək və beynəlxalq əməkdaşlığı inkişaf etdirmək niyyətinin göstəricisidir.

Rusiya kosmik stansiyanın tikintisinə 2027-ci ildə başlayacaq. ROS tikintisinin birinci mərhələsinin 2027-2030-cu illərdə başa çatdırılması və 2032-ci ildə isə tamamilə yekunlaşdırılması planlaşdırılır.

Xatırladaq ki, oktyabrın 2-də Azərbaycan Respublikası Kosmik Agentliyi ("Azərkomos") və Beynəlxalq Astronavtika Federasiyasının tərəfdaşlığı ilə Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi işə başlayıb.

Tədbirdə kosmik agentliklərin, dövlət sektorunun, sərmayədarların və özəl kosmik şirkətlərin, yerli və beynəlxalq medianın nümayəndələri, o cümlədən 101 ölkədən 5000-dən çox nümayəndə iştirak edir. Beynəlxalq Astronavtika Konqresində sərgi pavilyonunda 150 şirkət təmsil olunur.

Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresi oktyabrın 6-dək davam edəcək.

Mövzuya görə xəbərlər