Şimal bölgəsininin dini icmaları və konfessiyaları tərəfindən 27 sentyabr Anım Günü qeyd edilib, dualar oxunub

Şimal bölgəsininin dini icmaları və konfessiyaları tərəfindən 27 sentyabr Anım Günü qeyd edilib, dualar oxunub

Bakı. TurkicWorld:

Sentyabrın 27-si Azərbaycanda Anım Günü qeyd edilir. Anım Günündə Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan əsgər və zabitlərimizin, mülki vətəndaşlarımızın xatirəsinə həsr olunmuş bir sıra tədbirlər keçirilir.

Anım Günü münasibətilə Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında yerləşən Şəhidlər xiyabanları, Şəhid məzarları, Şəhid bulaqları müxtəlif dini icmalar tərəfindən ziyarət olunmuş, həmçinin məscidlərdə, kilsə və sinaqoqlarda Vətənimizin suverenliyi uğrunda şəhid olmuş qəhrəman övladlarımız üçün dualar oxunmuş, şəhidlərin əziz xatirəsi yad edilmişdir.