Baykar şirkətinin istehsal etdiyi KEMANKEŞ raketi ilk dəfə TEKNOFEST-də nümayiş etdirilib

Baykar şirkətinin istehsal etdiyi KEMANKEŞ raketi ilk dəfə TEKNOFEST-də nümayiş etdirilib

Bakı, TurkicWorld

Türkiyənin Baykar şirkətinin istehsal etdiyi KEMANKEŞ raketi ilk dəfə TEKNOFEST-də Atatürk Hava limanında nümayiş etdirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Baykar şirkətinin baş direktoru Haluk Bayraktar öz rəsmi sosial media hesabında bildirib.

Bundan əlavə, raketin ümumi ağırlığı 35 kiloqramdır və altı kiloqram döyüş başlıqları var. Raketin reaktiv mühərriki, stabilləşdirilmiş kamera sistemi, süni intellekt proqram təminatından sistem dizaynına qədər bütün hissələri türk mühəndislər tərəfindən hazırlanıb.

Bayraktar KEMANKEŞ Bayraktar TB2-nin strateji hədəflərə qarşı hücum qabiliyyətini artırmaq üçün hazırlanıb.

Baykarın Mühəndislik Qrupunun Rəhbəri Burak Özbek bildirib ki, raket Bayraktar TB2, eləcə də inkişaf etdirdikləri bütün digər pilotsuz uçuş aparatları ilə inteqrasiya oluna bilir.

"KEMANKES-də TB2 və ya əsas platforma təyyarəsi ilə havadan əlaqəni təmin etdiyimiz üçün riskli əraziyə girmədən belə düşmənə çox daha uzaq məsafədən hücum etmək imkanınız olacaq. Raket, həmçinin süni intellektlə şəkilləri emal edərək hədəfə hücum edə bilər. O, həmçinin öz anti-müdaxilə GNSS sistemləri ilə elektron müharibə mühitlərində xidmət edə bilər. Bu mənada TB2-nin imkanlarını çox artıracağını düşünürəm. Hazırda rabitə məsafəsi 50 km olsa da, yaxın gələcəkdə bunu 100 kilometrə çatdırmağı hədəfləyirik, lakin uçuş qabilyyətini nəzərə alsaq məsafə 250 kilometrə qədər artırıla bilər", - deyə o əlavə edib.

Özbek onu da vurğulayıb ki, raket bütün hündürlük, uçuş sürəti, temperatur və ya hədəf məlumatlarını, eləcə də bütün kamera şəklini TB2-yə ötürür və TB2-nin yer idarəetmə stansiyasına enir.

Məlumat üçün bildirək ki, 27 aprel-1 may tarixlərində İstanbul Atatürk Hava Limanında Aviasiya kosmik və Texnologiya festivalı-TEKNOFEST keçiriləcək.

102 kateqoriya üzrə 41 əsas müsabiqə keçiriləcək festivalda 13 milyon lirədən çox pul mükafatı, 30 milyon lirədən çox maddi dəstək veriləcək.

Türkiyənin Baykar şirkətinin yerli və milli imkanlarla istehsal etdiyi KIZILELMA və AKINCI PUA-ları 25 aprel tarixində İstanbul Atatürk Hava Limanına eniş edib.