Amerikalı konqresmen Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu qətiyyətlə pisləyib

Amerikalı konqresmen Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu qətiyyətlə pisləyib

Bakı. TurkicWorld

ABŞ Konqresində Alabama ştatını təmsil edən, Respublikaçılar Partiyasının üzvü Robert Aderholt Azərbaycanın İrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyib.

TurkicWorld-in məlumatına görə, bu barədə konqresmen öz Tvitter səhifəsində yazıb.

"Tehrandakı Azərbaycan səfirliyinə bu yaxınlarda olunan hücumu qətiyyətlə pisləyirəm. İran hakimiyyətini bu terror hücumunu tam və operativ şəkildə araşdırmağa çağırıram", - R.Aderholt deyib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Azərbaycanın İrandakı səfirliyindəki terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun cənazəsi yanvarın 29-da axşam saatlarında Bakıya gətirilib və dünən ikinci Şəhidlər Xiyabanında dəfn olunub.