Fransa mətbuatı Ermənistanın Azərbaycana qarşı təxribatı haqqında məqalə dərc edib

Fransa mətbuatı Ermənistanın Azərbaycana qarşı təxribatı haqqında məqalə dərc edib

Bakı. Trend:

Fransanın “La Gazette” xəbər portalında sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədilməsi barəsində məqalə dərc olunub.

Trend-in məlumatına görə, məqalədə bildirilib ki, birinci dəfə deyil ki, hər iki ölkə arasındakı sərhəddə Ermənistan tərəfindən bu kimi təxribat törədilir və Ermənistan silahlı qüvvələri tərəfindən bu cür gərginlik yaratmaqda əsas məqsəd gələcək danışıqlar prosesində güc mövqeyinə çevrilməkdir.

Müdafiə nazirliyinin mətbuat xidmətinə istinadən məqalədə həmçinin vurğulanıb ki, Ermənistan bu kimi əməlləri ilə eləcə də Azərbaycanın işğaldan azad edilmiş sərhədyanı rayonlarda həyata keçirdiyi irimiqyaslı mülki infrastruktur layihələrinin icrasını ləngitmək və Azərbaycan sərhədləri yaxınlığında gərginlik mühitini saxlamaq məqsədini güdür.

“Azərbaycanın ərazi bütövlüyünün tanınmasından imtina edən millətçi ekstremistlər tərəfindən idarə olunan Ermənistan hökuməti, görünür, Rusiya və Fransanın dəstəyinə ümid bəsləyərək, özünü bitib-tükənməyən qətliam prosesinə cəlb etməyə imkan verir. Onu da əlavə edək ki, Nikol Paşinyan atəşkəs bərpa edildikdən sonra sonra dərhal bu iki ölkənin liderlərinə zəng edib. Artıq sülh danışıqlarının bu cür yubadılmamasının və regionda Ermənistan da daxil olmaqla bütün region ölkələrinin xeyrinə olacaq sabitliyin bərpa olunmasının vaxtı çatıb”, - deyə, məqalədə əlavə edilib.