Son dəqiqə

Türkiyə Milli Müdafiə Nazirliyi Zəfər Günü Yaşar Gülər Birol Akgün Selçuk Bayraktaroğlu Ercüment Tatlıoğlu Ziya Cemal Kadıoğlu Metin Tokel

Yaşar Gülər Azərbaycana gəlib

BAKI, TurklicWorld

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün Azərbaycana gəlib.

TurklicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "X" hesabında paylaşım edilib.

Yaşar Güləri Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün və digər rəsmi şəxslər qarşılayıblar. Nazirə səfərdə Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlu, Hərbi Dəniz Qüvvələri komandanı oramiral Ercüment Tatlıoğlu, Hərbi Hava Qüvvələri komandanı ordu generalı Ziya Cemal Kadıoğlu və Quru Qoşunları komandanı ordu generalı Metin Tokel müşayiət edirlər.

Mövzuya görə xəbərlər