Son dəqiqə

İkinci Qarabağ Müharibəsi Zəngəzur dəhlizi Dəmir yumruq

Zəngəzur dəhlizinin xəritəsi hazırlanıb

Bakı. TurkicWorld

"Azərbaycan Kartoqrafları" İctimai Birliyi Zəngəzur dəhlizinin xəritəsini hazırlayıb. Xəritənin altlığı yüksək keyfiyyətli kosmik şəkillər əsasında tərtib edilib.

TurkicWorld xəbər verir ki, bu barədə "Azərbaycan Kartoqrafları" İctimai Birliyinin sədri Müqabil Bayramov açıqlama verib.

O deyib ki, xəritədə Azərbaycan, Ermənistan, İrandan müvafiq hissələr – yaşayış məntəqələri, yollar, çaylar, dağlar verilib.

Xəritədə həmçinin, Araz dəhlizi öz əksini tapıb. Kartoqrafik əsər azərbaycan və ingilis dillərindədir.

Mövzuya görə xəbərlər