Son dəqiqə

Azərbaycan Müdafiə Nazirliyi Türkiyə Milli Müdafiə Nazirliyi Ankara Kərim Vəliyev Yaşar Güler Türkiyə Müdafiə sənayesi nazirliyi Atəş Sərbəst-2025 təlimi Selçuk Bayraktaroğlu

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyədə keçirilən “Atəş Sərbəst-2025” təlimində iştirak edir

BAKI, TurkicWorld

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlunun dəvəti ilə "Atəş Sərbəst-2025" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak etmək üçün qardaş ölkəyə səfər edib.

TurkicWorld xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi paylaşıb edib.

General-polkovnik K.Vəliyev Ankarada türkiyəli həmkarı ilə görüşüb. Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığa dair maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Səfər çərçivəsində Azərbaycan Ordusunun Baş Qərargah rəisi, həmçinin "Atəş Sərbəst-2025" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak edib.

Mövzuya görə xəbərlər