Son dəqiqə

Azərbaycan XİN İsrailin Azərbaycandakı səfirliyi Türkiye humanitar yardım Qəzza humanitar böhranı yardım Əzm Flotilyası

Qəzzaya humanitar yardım aparan gəmi heyətində saxlanılan iki Azərbaycan vətəndaşı azad edilib?

BAKI, TurkicWorld

Dünən Qəzzaya humanitar yardım aparan gəmi heyətində saxlanılan şəxslər arasında 2 nəfər Azərbaycan vətəndaşı Pərvin Əzimov və Orxan Səmədzadənin saxlanıldığı məlumdur.

Bunu TurkicWorld-in sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sözügedən vətəndaşlar gəmi ekipaj üzvləridir və onlar Türkiyədə çalışırlar.

"İsraildəki Səfirliyimiz tərəfindən görülən tədbirlər nəticəsində onların azad edilərək öz istəkləri əsasında Türkiyəyə geri qayıtması nəzərdə tutulur", - deyə nazirlik qeyd edib.

Mövzuya görə xəbərlər