Son dəqiqə

Azərbaycan Qırğızıstan Sadır Japarov Emin Əmrullayev

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfərə gəlib

Bakı. TurkicWorld

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 6-da Azərbaycana səfərə gəlib.

TurkicWorld xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qırğızıstan Prezidenti Sadır Japarovu hava limanında Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər qarşılayıblar.

Mövzuya görə xəbərlər