Son dəqiqə

Olena Şevçenko: Dünya müharibə etmək əvəzinə, idman yarışlarında rəqabət aparmalıdır

III Beynəlxalq Xankəndi Ultramarafonunun iştirakçısı, ukraynalı Olena Şevçenko yarışın yüksək səviyyədə təşkilinə görə təşkilatçılara təşəkkür edib və dünyada sülhün bərqərar olmasını arzulayıb.

O, belə bir möhtəşəm tədbirdə iştirak etməkdən məmnunluğunu ifadə edərək bildirib ki, dünya ölkələri müharibə etmək əvəzinə, idman yarışlarında rəqabət aparmalıdır.

“Belə möhtəşəm tədbir təşkil etdiklərinə görə təşkilatçılara çox minnətdaram. Hesab edirəm ki, dünya müharibə etmək əvəzinə, idman yarışlarında rəqabət aparmalıdır. Bir daha təşəkkür edirəm. Ümid edirəm ki, növbəti illərdə də buraya gələ biləcəyəm və bütün dünyada sülh olar”, – deyə Olena Şevçenko qeyd edib.

O, çıxışının sonunda təşkilatçılara bir daha təşəkkürünü bildirib.