Aİ Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir - Peter Mixalko

Aİ Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir - Peter Mixalko

Bakı. TurkicWorld:

Avropa İttifaqı (Aİ) Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və ixracın 51 faizi Aİ-nin payına düşür

TurkicWorld-unməlumatına görə, bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko 9 may Avropa Gününə həsr olunmuş mətbuat konfransında deyib.

O əlavə edib ki, ticarət dövriyyəsi göstəriciləri pandemiya dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşıb və gələcək artım üçün potensial da mövcuddur.

P.Mixalko bildirib ki, ötən ildən Aİ ilə Azərbaycan arasında əlaqələri daha da möhkəmlənib və bu, Şarl Mişelin, Oliver Varheyinin və əlbəttə ki, Prezident İlham Əliyevin "Şərq tərəfdaşlığı" sammitində iştirak etmək üçün səfərləri ilə ifadə olunub.