Azərbaycan Cənubi Qafqaz Mərkəzi Asiya İqtisadi əməkdaşlıq Regional tərəfdaşlıq

Azərbaycan Cənubi Qafqaz–Mərkəzi Asiya əməkdaşlığının əsas mərkəzlərindən biri kimi təqdim olunub

BAKI,TurkicWorld

Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Azərbaycan Cənubi Qafqaz–Mərkəzi Asiya strateji tərəfdaşlıqlarının mərkəzində: Regional əməkdaşlığın əsas drayveri” mövzusunda panel sessiya təşkil olunub.

TurkicWorld xəbər verir ki, Prezident İlham Əliyevin himayəsi altında keçirilən forum çərçivəsində sessiyada Cənubi Qafqaz və Mərkəzi Asiya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, investisiya imkanlarının artırılması və regional bağlantıların gücləndirilməsi məsələləri müzakirə edilib.

Sessiyaya “AnewZ” telekanalının baş redaktor müavini Orxan Amaşov moderatorluq edib. İqtisadiyyat nazirinin müşaviri Taleh Ziyadov Azərbaycanın Cənubi Qafqaz və Mərkəzi Asiya arasında iqtisadi əlaqələrin inkişafında mühüm platformalardan biri olduğunu vurğulayıb.

Müzakirələr zamanı Orta Dəhlizin inkişafı, yaşıl enerji layihələri, qarşılıqlı investisiyalar və nəqliyyat sahəsində birgə təşəbbüslərin regionda iqtisadi inteqrasiyanı gücləndirdiyi qeyd olunub.

Paneldə Türkiyə, Qazaxıstan, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin nümayəndələri çıxış edərək Xəzər regionunda ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, regional əməkdaşlıq mexanizmlərinin inkişafı barədə fikirlərini bölüşüblər.

İştirakçılar region ölkələri arasında qarşılıqlı etimadın artırılması, özəl sektorun əməkdaşlıqdakı rolunun gücləndirilməsi, maliyyələşdirmə imkanlarının genişləndirilməsi və Xəzər hövzəsində daha sıx iqtisadi əlaqələrin yaradılması məsələlərinə diqqət çəkiblər.

Mövzuya görə xəbərlər