Aİ Cənubi Qafqazda sülhün bərqərar olması üçün dəstək göstərir - Səfir

Aİ Cənubi Qafqazda sülhün bərqərar olması üçün dəstək göstərir - Səfir

Bakı. TurkicWorld:

Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda sülhün bərqərar olması üçün bütün mümkün dəstəyi göstərir.

TurkicWorld-un məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko 9 may Avropa Gününə həsr olunmuş mətbuat konfransında deyib.

"Aİ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını fəal şəkildə dəstəkləməkdə davam edir", - P.Mixalko deyib.

Onun sözlərinə görə, Aİ həm də azad edilmiş ərazilərdə minaların təmizlənməsi prosesinin qətiyyətli tərəfdarlarından biridir.

"Aİ Azərbaycan Minatəmizləmə Agentliyinə texniki kömək təqdim etməklə Qarabağda minaların təmizlənməsi prosesini dəstəkləyir", - deyə o bildirib.