Son dəqiqə

Türkiyə Rusiya Ukrayna Vladimir Putin Vladimir Zelenski

Türkiyə Putinlə Zelenskinin görüşünü təşkil etməyə hazırdır

Türkiyə Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Volodimir Zelenskinin görüşünü təşkil etməyə hazırdır.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı deyib.

"Biz iki ölkə liderinin görüşünü böyük məmnuniyyətlə keçirməyə hazırıq", - M.Çavuşoğlu bildirib.

Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da prezidentlərin görüşünün Türkiyədə keçirilməsini təklif etmişdi.

Mövzuya görə xəbərlər