Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Vətən Müharibəsində parlaq qələbə qazandı - Sevil Mikayılova (FOTO)

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Vətən Müharibəsində parlaq qələbə qazandı - Sevil Mikayılova (FOTO)

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Vətən Müharibəsində parlaq qələbə qazandı.

TurkicWorld-un məlumatına görə, bu barədə Milli Məclisin deputatı Sevil Mikayılova "İsrael National News" saytına müsahibəsində bildirib.

S.Mikayılova qeyd edib ki, Azərbaycan və İsrailin tarixi bağları var və bu səbəbdən iki ölkə arasındakı münasibətlər hər zaman yüksək səviyyədə olub.

“İsrailə gəldiyim andan insanlardan, görüşdüyüm dostlarımdan istiliyi, səmimiliyi hiss etdim. Biz tariximizlə, yəhudi xalqı ilə olan münasibətlərimizlə qürur duyuruq. Onlar Azərbaycanda yaşayırlar, yaradırlar, cəmiyyətdə bərabər hüquqlara sahibdirlər”,- deyə deputat bildirib.

Müsahibənin video variantını təqdim edirik: