Son dəqiqə

Türkiyə Rusiya Ukrayna Vladimir Putin Rəcəb Tayyib Ərdoğan Vladimir Zelenski

Ərdoğan Putinlə Ukrayna ətrafındakı vəziyyəti müzakirə etməyi planlaşdırır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışmağı planlaşdırır.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

"Prezidentimizin Rusiya və Ukrayna liderləri arasında görüş təşkil etmək təklifi əslində bu böhrandan çıxış üçün ən mühüm və konkret təklifdir. Prezidentimizin belə bir görüşü təşkil etmək cəhdləri davam edir. Ukraynaya son səfərimiz zamanı o, Prezident Vladimir Zelenski ilə bunu müzakirə edib. R.T.Ərdoğan bu məsələni cənab V.Putinlə də müzakirə edib. Yaxın vaxtlarda daha bir telefon danışığı baş tutacaq və bu zaman bu məsələ yenidən müzakirə ediləcək", - deyə İ.Kalın bildirib.

Türkiyə prezidentinin mətbuat katibi qeyd edib ki, Türkiyə rəsmiləri rusiyalı həmkarları ilə təmasları davam etdirirlər və Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinə hazırlığı davam etdirirlər.

"Eynilə, cənab V.Putinin Türkiyə səfərinə hazırlıqlarımız davam edir", - deyə İ.Kalın əlavə edib.

Mövzuya görə xəbərlər