Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi ilə bağlı işçi planımız var - Ceyms Şarp

Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi ilə bağlı işçi planımız var - Ceyms Şarp

Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi ilə bağlı işçi planımız var. Biz bunu həyata keçiririk.

Trend-in xəbərinə görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda keçirilən konfransda deyib.

O qeyd edib ki, həmin ərazilərdə iqtisadiyyatı dirçəltmək üçün gender məsələləri nəzərə alınmalıdır. “Bu, çox vacib bir məsələdir”, - deyə o vurğulayıb.