...

Britaniya səfiri Azərbaycanın dünyada ilk hava yastığı üzərində yeriyən barjasını ziyarət edib (FOTO)

Digər xəbərlər Digər xəbərlər 25 İyun 2022 00:28
TurkicWorld Daspina Hasanova
Britaniya səfiri Azərbaycanın dünyada ilk hava yastığı üzərində yeriyən barjasını ziyarət edib (FOTO)

Bakı. TurkicWorld:

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Azərbaycanın dünyada ilk hava yastığı üzərində yeriyən barjasını ziyarət edib.

TurkicWorld xəbər verir ki, bu barədə səfir özünün "Twitter" hesabında yazıb.

“Mən CMI Offshore tərəfindən layihələndirilən və ASCO CJSC ilə əməkdaşlıq çərçivəsində inşa edilən dünyada ilk hava yastığı üzərində yeriyən barjanı ziyarət etdim. Bu barja qabaqcıl Böyük Britaniya gəmi dizayn və istehsalının və Böyük Britaniya – Azərbaycan əməkdaşlığının gözəl nümunəsidir”, - deyə səfir bildirib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti