Britaniya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazırdır - Səfir

Britaniya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazırdır - Səfir

Kəlbəcər. TurkicWorld:

Böyük Britaniya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazırdır.

Bunu Kəlbəcərdə diplomatik korpusun tərkibində səfərdə olan Böyük Britaniya səfiri Ceyms Şarp TurkicWorld-un sualını cavablandırarkən deyib.

"Minaların təmizlənməsi prosesi hələ də davam edir. Böyük Britaniya bu məsələdə Azərbaycana dərhal yardım göstərdi. Biz BMT-nin İnkişaf Proqramına maliyyə və Azərbaycan Minatəmizləmə Agentliyinə texniki kömək təqdim etmişik. Bir sıra Britaniya şirkətləri bunun üzərində işləyir", - səfir deyib.

Xatırladaq ki, diplomatik korpusun Kəlbəcər səfərində 50 ölkədən 80-dən çox diplomat və hərbi nümayəndə, eləcə də 10 beynəlxalq təşkilat iştirak edir. Bu, diplomatik korpus nümayəndələrinin azad edilmiş ərazilərə doqquzuncu səfəridir.