Böyük Britaniya səfiri Bakıdakı partlayışla bağlı başsağlığı verib

Böyük Britaniya səfiri Bakıdakı partlayışla bağlı başsağlığı verib

Bakı. TurkicWorld:

Britaniya səfiri Bakıda gecə klubunda baş vermiş partlayışla bağlı başsağlığı verib.

TurkicWorld-un məlumatına görə, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp "Twitter"də bildirib.

"Aprelin 3-də Bakıda baş vermiş qaz partlayışı ilə əlaqədar insan itkisinə görə dərin hüznlə başsağlığı verir və zərərçəkənlərin hamısına şəfa diləyirəm", - diplomat qeyd edib.