Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı təklif Bakı tərəfindən atılan vacib addımdır - Britaniya səfiri

Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı təklif Bakı tərəfindən atılan vacib addımdır - Britaniya səfiri

Azərbaycanın Ermənistanla normal münasibətlərin qurulması, sülh müqaviləsinin imzalanması ilə bağlı irəli sürdüyü təklif rəsmi Bakı tərəfindən atılan vacib addımdır.

TurkicWorld-un məlumatına görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda keçirilən konfransda deyib.

O qeyd edib ki, Azərbaycan hökuməti azad edilmiş ərazilərin bərpa edilməsi ilə bağlı böyük işlər həyata keçirir.

Səfir vurğulayıb ki, məcburi köçkünlər öz yerlərinə qayıtmalıdır.