Son dəqiqə

Rusiya

Moskvada Bakı Şəhər Günləri keçiriləcək

Bakı, TurkicWorld

Moskvada Bakı Şəhər Günləri keçiriləcək.

TurkicWorld xəbər verir ki, bunu Rusiya paytaxtında Azərbaycan Turizm Bürosunun nümayəndəliyinin açılışında Moskvanın Xarici İqtisadi və Beynəlxalq Əlaqələr Departamentinin rəis müavini Vyaçeslav Manuylov deyib.

"Biz Moskva ilə Bakı arasında turist axınını artırmaq üçün birgə tədbirlər keçirməyə və müxtəlif marketinq kampaniyalarında iştirak etməyə hazırıq. Departamentimiz Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq edir", - deyə Manuylov bildirib.

Onun sözlərinə görə, Bakıda keçiriləcək COP29 zamanı Moskva meriyası nümayəndə heyətinin iştirakı ilə Rusiya paytaxtında Bakı Şəhər Günlərinin keçirilməsi, bu tədbirlər çərçivəsində sərgilərin, konsertlərin və digər mədəni tədbirlərin keçirilməsi ilə bağlı Azərbaycan tərəfi ilə danışıqlar aparılacaq.

Mövzuya görə xəbərlər